Yuxarı
    Bağlamaq

    Qazaxıstan paytaxtına Nursultan Nazarbayevin adının verilməsi təklif edilib

    Ölkə parlamentinin bir qrup deputat bununla bağlı qanun layihəsi hazırlayıb

    Bakı. 23 noyabr. REPORT.AZ/ Qazaxıstanın paytaxtı Astananın adının dəyişdirilməsi və şəhərə ölkə prezidenti Nursultan Nazarbayevin adının verilməsi təkilf edilib.

    “Report” TASS-a istinadən xəbər verir ki, ölkə parlamentinin bir qrup deputat bununla bağlı qanun layihəsi hazırlayıb. 

    Qazaxıstanın müstəqilliyinin 25-ci ildönümü münasibəti ilə hazırlanan layihədə Astananın adının dəyişdirilməsi təklifi də əks olunub. 

    “Ölkə konstitusiyasında dövlətimizin birinci prezidenti, millətin lideri Nursultan Abişeviç Nazarbayevin əməyinin qeyd olunmasını, El basının (Nursultan Nazarbayevi belə də adlandırırlar – “Report”) adının paytaxtın adında və ölkəmizdəki başqa obyektlərdə öz əksinin tapmasını təklif edirik”, - deyə Qazaxıstan parlamentinin Aşağı Palatasının deputatı Kuanış Sultanov vurğulayıb.

    Qeyd edək ki, dekabrıln 16-da Qazaxıstanın müstəqilliyinin 25-ci ildönümüdür. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi