ABŞ-da pandemiya qurbanlarının sayı 40,6 mini keçdi

ABŞ-da pandemiya qurbanlarının sayı 40,6 mini keçdi ABŞ-da son 24 saat ərzində 1 590 nəfər koronavirusdan ölüb və bununla da ölkədə pandemiya qurbanlarının sayı 40 690-a çatıb.
Region
20 Aprel , 2020 18:11
ABŞ-da pandemiya qurbanlarının sayı 40,6 mini keçdi

ABŞ-da son 24 saat ərzində 1 590 nəfər koronavirusdan ölüb və bununla da ölkədə pandemiya qurbanlarının sayı 40 690-a çatıb. 

“Report”un məlumatına görə, bu barədə federal və yerli statistika, həmçinin başqa məlumatlar əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata görə, ABŞ-da daha 24 499 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 789 786-ya yüksəlib. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 428 000-i ötüb. Bunların 636 909 nəfəri sağalıb, 166 130 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi