Zelenski: "Ukraynanın Rusiya ilə danışıqlardan çıxmasının bir neçə səbəbi ola bilər"

Zelenski: "Ukraynanın Rusiya ilə danışıqlardan çıxmasının bir neçə səbəbi ola bilər" Ukraynanın Rusiya ilə danışıqlardan çıxmasının bir neçə səbəbi ola bilər.
Region
23 Aprel , 2022 21:09
Zelenski: Ukraynanın Rusiya ilə danışıqlardan çıxmasının bir neçə səbəbi ola bilər
Volodimir Zelenski

Ukraynanın Rusiya ilə danışıqlardan çıxmasının bir neçə səbəbi ola bilər.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev metrosunun stansiyalarından birində keçirdiyi mətbuat konfransında danışıb.

"Mariupolda insanlar məhv edilərsə, Ukraynanın hər hansı işğal olunmuş ərazilərində referendum elan olunarsa, istənilən danışıqlardan geri çəkiləcəyik. Amma oradakı insanlar bunu bilməli və onlara kömək etməməlidirlər. Bu, Rusiya tərəfindən atılan yanlış addımdır və əvvəlki danışıqların uydurma və sadəcə çox pis aktyorların olduğu bir teatr olduğunu deməyə əsas verir”, - Zelenski bildirib.

Ukrayna lideri hazırda ölkəsinin əsirlərin mübadiləsini təşkil etmək üçün səy göstərdiyini vurğulayıb:

"İndi biz Rusiya ilə praqmatik dialoqdan danışırıq, hər hansı etimaddan yox. Əraziləri işğaldan azad etmək imkanı olmadığı halda, Ukrayna əsirlərin mübadiləsini təşkil etmək üçün səy göstərir".

Son xəbərlər

Orphus sistemi