Zaxarova: Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır

Zaxarova: Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır Qərb ölkələri Cənubi Qafqaz regionuna sülhməramlı niyyətlə daxil olmağa çalışmırlar.
Region
25 Aprel , 2024 14:15
Zaxarova: Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır
Mariya Zaxarova

Qərb ölkələri Cənubi Qafqaz regionuna sülhməramlı niyyətlə daxil olmağa çalışmırlar.

"Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Baku TV”nin sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Qərb regiona təsir göstərərək öz iqtisadi mənfəətini qazanmağa və sabitliyi pozmağa çalışır: “Bu cür tendensiyalar, şübhəsiz ki, regionda qüvvələr balansını pozur və müvafiq razılaşmalar əsasında qurulmalı olan sülh nizamlanmasına xələl gətirir”.

M.Zaxarova ümid etdiyini bildirib ki, razılaşmalar regionda iqtisadi artım və logistik marşrutların inkişafı üçün imkanlar açacaq.

Onun fikrincə, Qərbin təsiri bu cür perspektivlərə mane ola bilər: “Təəssüflər olsun ki, Qərb hara “süründü”sə, hər şey acınacaqlı şəkildə başa çatdı: yeni münaqişələr qızışdırıldı, köhnə konfliktlər aktivləşdi. Son onilliklərdə başqa nümunələr yoxdur”.

Son xəbərlər

Orphus sistemi