Mariya Zaxarova: Ermənistan Rusiya vətəndaşının ölkəyə girişinə qoyulan qadağa ilə bağlı izahat verməlidir

Mariya Zaxarova: Ermənistan Rusiya vətəndaşının ölkəyə girişinə qoyulan qadağa ilə bağlı izahat verməlidir Moskva Rusiya vətəndaşı Andranik Miqranyanın Ermənistana girişinə qadağa qoyulmasını "tamamilə qeyri-dost addım" kimi qiymətləndirir.
Region
18 Dekabr , 2024 13:55
Mariya Zaxarova: Ermənistan Rusiya vətəndaşının ölkəyə girişinə qoyulan qadağa ilə bağlı izahat verməlidir
Mariya Zaxarova

Moskva Rusiya vətəndaşı Andranik Miqranyanın Ermənistana girişinə qadağa qoyulmasını "tamamilə qeyri-dost addım" kimi qiymətləndirir.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə “NEWS.ru”nun sualını cavablandırarkən bildirib.

O qeyd edib ki, Rusiya həmçinin Ermənistan hakimiyyətindən bu məsələ ilə bağlı izahat tələb edir.

"Bu, ikitərəfli münasibətlərin müttəfiqlik statusuna ziddir. Biz dərhal ikitərəfli diplomatik kanallar vasitəsilə İrəvana müraciət edərək izahat istədik. Biz əvvəllər də erməni tərəfdaşlarımızı hansısa səbəblərdən Ermənistan hakimiyyətini qane etməyən Rusiya vətəndaşlarının ölkəyə buraxılmaması kimi çirkin təcrübəyə son qoymağa çağırmışıq", - deyə M.Zaxarova bildirib.

Diplomatın sözlərinə görə, ölkə hökumətinin daim demokratiya və fikir plüralizminə sadiq olduğunu bəyan etməsini nəzərə alsaq, İrəvanın bu cür münasibəti təəccüb doğurur.

Son xəbərlər

Orphus sistemi