Yerevanda etirazçılar metronun işini iflic edib

Yerevanda etirazçılar metronun işini iflic edib Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları davam edir.
Region
8 Dekabr , 2020 14:30
Yerevanda etirazçılar metronun işini iflic edib

Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyaları davam edir.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, onlarla aksiya iştirakçısı Yerevanda “Qorsaranain” metro stansiyasına daxil olaraq yürüşdə iştirak etməyən sərnişinlərin hərəkətinə mane olublar.

Bildirilib ki, maşinistlər qatarı sürə bilmir. Polis əməkdaşları isə etirazçıların qarşısını almır.

Bundan başqa, Yerevanın mərkəzi küçələri də aksiyaçılar tərəfindən bağlanıb. Aksiya iştirakçıları “Nikol, get!”, “Nikol satqındır!” şüarını söyləyirlər.

Son xəbərlər

Orphus sistemi