Yaşar Gülər: "Türkiyə regional və beynəlxalq sabitliyin təmin olunması üçün çalışır"

Region
  • 11 yanvar, 2024
  • 08:27
Yaşar Gülər: Türkiyə regional və beynəlxalq sabitliyin təmin olunması üçün çalışır
Yaşar Gülər

Türkiyə regional və beynəlxalq sabitliyin təmin olunması üçün çalışır.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İstanbulda Bolqarıstan və Rumıniyadan olan həmkarları ilə Qara dənizdə mina təhlükəsinə qarşı əməkdaşlığın gücləndirilməsi ilə bağlı keçirilən görüşdə deyib.

O bildirib ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Qara dəniz bölgəsində də sabitliyin təmin olunması üçün diplomatik səylər ortaya qoyur: “Ukrayna və Rusiya arasında davam edən müharibə Qara dənizdə mina təhlükəsi yaradıb”.

Nazirin sözlərinə görə, bunun üçün Türkiyə, Bolqarıstan və Rumıniya arasında əməkdaşlıq davam edir: “Bu gün imzaladığımız sazişə görə komitə yaradılacaq. Və həmin komitə səsvermə yolu ilə qərarlar qəbul edəcək”.

Son xəbərlər

Bütün Xəbər Lenti