Vladimir Putinin mükafatı bir ildən sonra Ermənistanın keçmiş polis rəisinə verilib

Region
  • 11 sentyabr, 2018
  • 08:10
Vladimir Putinin mükafatı bir ildən sonra Ermənistanın keçmiş polis rəisinə verilib

Bakı. 11 sentyabr. REPORT.AZ/ Ermənistanın keçmi polis rəisi Vladimir Qasparyan Rusiya Prezidenti Vladimir Putinin 2017-ci ildə verdiyi mükafatı bu il sentyabrın 10-da alıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Vladimir Putin həmin il MDB Dövlət Başçıları Şurasının sədri kimi onu bu mükafatla təltif edib.

Qərar Şura üzvləri tərəfindən qəbul olunub. 

“MDB-nin inkişafı və güclənməsi istiqamətində fəaliyyətinə görə Vladimir Sergeyeviç Qasparyan bu mükafata layiq görülür”, - fərmanda bildirilir.

Qeyd edək ki, V.Qasparyana qarşı cinayət işi başlanıb. O, dələduzluq və səlahiyyət həddini aşma maddələri üzrə ittiham olunur. Bundan başqa, 2015-ci ildə Ermənistanda elektrik enerjisi qiymətlərinin qaldırılmasına qarşı keçirilən etiraz aksiyasının dağıdılması ilə bağlı başlanılan cinayət işində də onun adı hallanır.