Vladimir Putin 90 yaşlı keçmiş rəisini təbrik etmək üçün onun evinə gedib

Region
  • 08 may, 2017
  • 11:09
Vladimir Putin 90 yaşlı keçmiş rəisini təbrik etmək üçün onun evinə gedib

Bakı. 8 may. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin keçmiş rəisi Lazar Matveyevi anadan olmasının 90 illik yubileyi münasibətilə təbrik edib.

“Report” TASS-a istinadən xəbər verir ki, o, L.Matveyevin evinə qonaq gedib və ona prezident saatı, “Pravda” qəzetinin 1927-ci il buraxılışından bir nüsxəni hədiyyə olaraq təqdim edib.

L.Matveyev keçmiş SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsi yanında o vaxtkı Almaniya Demokratik Respublikasındakı nümayəndəsi olub.

Vladimir Putin 1985-1990-cı illərdə xarici kəşfiyyat xətti ilə Almaniyanın Drezden şəhərində kəşfiyyat məntəqəsində xidmət edib. Rusiyanın indiki prezidenti baş əməliyyatçı vəzifəsindən nümayəndənin, rezident Matveyevin baş köməkçisi vəzifəsinədək yüksəlib.

Qeyd edək ki, keçmiş DTK-nin Almaniya Demokratik Respublikasındakı bütün əməkdaşları Lazar Matveyevə tabe olub. 

Son xəbərlər

Bütün Xəbər Lenti