Bakı. 30 noyabr. REPORT.AZ/ Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol Rayon Məhkəməsinin binasında iclas zamanı iki qumbaranın partladılması nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayəti kommunikasiya polis idarəsi məlumat yayıb.
Üç məhkum, konvoy xidmətinin iki əməkdaşı, məhkəmənin bir əməkdaşı və bir mülki şəxs qumbara mərmisindən yaralanıb.
Faktla bağlı cinayət işi açılıb