Ukrayna XİN başçısı: "Ərdoğan-Putin görüşü “Taxıl sazişi”nin bərpası üçün sonuncu şansdır"

Ukrayna XİN başçısı: "Ərdoğan-Putin görüşü “Taxıl sazişi”nin bərpası üçün sonuncu şansdır" “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həmkarı Vladimir Putin arasında görüş “Taxıl sazişi”nin bərpası üçün sonuncu şans olacaq”.
Region
31 Avqust , 2023 14:18
Ukrayna XİN başçısı: Ərdoğan-Putin görüşü “Taxıl sazişi”nin bərpası üçün sonuncu şansdır

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında keçiriləcək görüş “Taxıl sazişi”nin bərpası üçün sonuncu şans olacaq”.

“Report” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Avropa İttifaqı xarici işlər nazirlərinin İspaniyanın Toledo şəhərində keçirilən qeyri-rəsmi görüşündə çıxışı zamanı deyib.

O, buna əminliyini ifadə edib: “Biz bilirik ki, Türkiyə və Rusiya prezidentləri arasında görüş olacaq. Bu, əslində Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünə qayıdıb-qayıtmayacağını öyrənmək üçün demək olar ki, son fürsət olacaq”.

Xatırladaq ki, 2022-ci il iyul ayında Türkiyə, Rusiya, Ukrayna və BMT-nin iştirakı ilə "Taxıl sazişi" imzalanıb. Sənədin müddəti bu il iyulun 17-də başa çatıb və Moskva sazişdə iştirakını dayandırıb.

BMT Təhlükəsizlik Şurasının iyulun 21-də keçirilən iclasında əksər ölkələr Rusiyanı "Taxıl sazişi"nin müddətini uzatmağa çağırıb.

Xatırladaq ki, sentyabrın 4-də Rusiyanın Soçi şəhərində R.T.Ərdoğan və V.Putin arasında görüş olacaq.

Son xəbərlər

Orphus sistemi