Medvedçuk özünün Mariupoldan çıxmaq imkanı olmayan müdafiə qüvvələri ilə dəyişdirilməsini istəyir

Medvedçuk özünün Mariupoldan çıxmaq imkanı olmayan müdafiə qüvvələri ilə dəyişdirilməsini istəyir Ukraynanın Həyat Uğrunda - Müxalifət Platformu Partiyası Siyasi Şurasının sədri Viktor Medvedçuk Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinə müraciət ünvanlayıb
Region
18 Aprel , 2022 14:28
Medvedçuk özünün Mariupoldan çıxmaq imkanı olmayan müdafiə qüvvələri ilə dəyişdirilməsini istəyir
Viktor Medvedçuk

Ukraynanın Həyat Uğrunda - Müxalifət Platformu Partiyası Siyasi Şurasının sədri Viktor Medvedçuk Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinə müraciət ünvanlayıb.

“Report” xəbər verir ki, videomüraciəti Ukrayna Təhlükəsizlik Xidməti yayımlayıb.

“Məni hazırda Mariupolda olan və humanitar dəhlizlər yolu ilə təhlükəsiz çıxmaq imkanı olmayan müdafiə qüvvələri və sakinlərlə dəyişmənizi xahiş edirəm”, - siyasətçi bildirib.

Qeyd edək ki, Ukrayna Ali Radasının sabiq deputatı Viktor Medvedçuk aprelin 12-də Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq həbs olunub. Aprelin 13-də Medvedçukun həyat yoldaşı Oksana Marçenko yutub vasitəsilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə “müxalifət lideri olan ərinin dərhal azad edilməsini” tələb edən videomüraciət yayıb. Siyasətçinin həyat yoldaşı həmçinin daha yumşaq və mühafizəkar tərzdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da videomüraciət ünvanlayıb. O, uzun illərdir ki Ukraynada Rusiya maraqlarını müdafiə edən siyasətçilərdən olub. V.Medvedçukun Rusiya ilə əlaqələri sadəcə siyasi müstəvidə deyil. Belə ki, Rusiya Prezidenti Vladimir Putin onun qızının xaç atasıdır.

Son xəbərlər

Orphus sistemi