Ukrayna Təhlükəsizlik Şurası: “Rusiya yeni hücuma hazırlaşır”
Region
- 28 yanvar, 2023
- 07:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Rusiya fevralın 24-nə kimi Ukraynaya yeni hücuma hazırlaşır”.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oleksiy Danilov deyib.
O bildirib ki, Rusiya müharibənin ildönümünə qədər müəyyən nailiyyətlər əldə etməyə çalışacaq: “Rusiya cəbhənin müxtəlif istiqamətlərində uğurlar əldə etməyə səy göstərəcək. Onların əsas məqsədi Luqansk və Donetsk vilayətlərinin sərhədlərinə çıxmaqdır. Qarşı tərəf artıq bir həftədir ki, Zaporojye istiqamətində yeni qoşun toplayır”.
O.Danilovun sözlərinə görə, Rusiyanın müharibədə qalib gəlmək şansı sıfırdır: “Bunu düşmən özü də bilir”.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi ötən il fevralın 24-də başlayıb.
Son xəbərlər
18:05
"Wizz Air" reysi partlayış təhlükəsi səbəbindən Budapeştdə təcili eniş edib
Digər ölkələr
18:01
Foto
Azərbaycan-Çin Sənaye Parkı yaradıla bilər
Sənaye
17:59
İtaliyada demoqrafik böhran səbəbindən məktəb işçilərinin ştatı ixtisar edilir
Digər ölkələr
17:55
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Maliyyə
17:50
Foto
Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb
Media
17:46
Aİ və Britaniya müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədir
Digər ölkələr
17:38
Foto
Ədliyyə Nazirliyi bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbullar keçirib
Daxili siyasət
17:31
DİM: İstifadəçilər "Şəxsi kabinet"lərinə yalnız etibarlı cihazlardan daxil olmalıdırlar
Elm və təhsil
17:31
Foto
Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib
İnfrastruktur