Ukrayna SQ Priqojının Rusiya hərbçilərinin qaçması barədə məlumatını təsdiqləyib

Ukrayna SQ Priqojının Rusiya hərbçilərinin qaçması barədə məlumatını təsdiqləyib “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojın Rusiya Silahlı Qüvvələrinin 72-ci motoatıcı briqadasının Baxmutdan qaçdığını açıqlayıb. Ukrayna hərbçiləri işğalçıların iflasını təsdiqləyiblər.
Region
10 May , 2023 03:36
Ukrayna SQ Priqojının Rusiya hərbçilərinin qaçması barədə məlumatını təsdiqləyib

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojın Rusiya Silahlı Qüvvələrinin 72-ci motoatıcı briqadasının Baxmutdan qaçdığını açıqlayıb. Ukrayna hərbçiləri işğalçıların iflasını təsdiqləyiblər.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 3-cü ayrı hücum briqadası teleqramda məlumat yayıb.

“Rəsmi. Priqojının Rusiyanın 72-ci motoatıcı briqadasının Baxmutdan qaçması və orada qalan rusiyalıların “500 cəsədi” ilə bağlı xəbəri doğrudur”, - məlumatda bildirilib.

Qeyd olunub ki, iki gün ərzində “Azov” taktiki qrupunun tərkibində hücum təyyarələri 64 işğalçını məhv edib, daha “87-si isə yarı yoldadır”. Öldürülənlərin arasında “vaqnerçilər”in olduğu vurğulanıb. Eyni zamanda beş nəfər də əsir götürülüb.

Son xəbərlər

Orphus sistemi