Ukrayna S-200 raketləri ilə Rusiyanın işğalı altındakı Krım yarımadasına zərbələr endirib.
“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Həmçinin Kaluqa və Rostov vilayətləri də atəşə məruz qalıb.
Nəticələr barədə hələ ki, məlumat yoxdur.
Nazirliyin məlumatına görə, raketlər havadan müdafiə sistemləri və elektron vasitələrlə zərərsizləşdirilib.
Xatırladaq ki, Rusiya 2014-cü ildə Krımı qanunsuz şəkildə ilhaq edib.