Ukrayna ordusu Qostomeli geri alıb, Rusiyanın onlarla hərbçisi həlak olub
Region
- 04 mart, 2022
- 23:37
Ukrayna Silahlı Qüvvələri Qostomel şəhərini (Kiyev vilayəti) Rusiya hərbçilərindən geri alıb.
“Report”un məlumatına görə, bu barədə “RBK-Ukrayna” Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə istinadən xəbər verir.
Qeyd edilir ki, döyüşlər zamanı Rusiyanın onlarla hərbçisi öldürülüb.
Məlumata görə, Qostomel uğrunda iki gün davam edən döyüşlər zamanı Ulyanovskdan (Rusiya) 31-ci xüsusi mühafizəçilər briqadasının 50-dən hərbçisi həlak olub. Bundan əlavə, Ukrayna hərbçiləri çoxsaylı hərbi qənimətlər, o cümlədən silah, texnika və qarşı tərəfin şəxsi sənədlərini ələ keçirib.
"Qostomel şəhəri Ukrayna qoşunlarının nəzarəti altındadır", - Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi əlavə edib.
Son xəbərlər
14:42
KİV: HƏMAS Qəzza zolağının idarə edilməsindən imtina etməyə razıdır
Digər ölkələr14:42
Britaniya və Ermənistan hərbi sahədə əməkdaşlığı müzakirə edib
Region14:40
Foto
Növbəti köç karvanı Horovlu kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB-2
Daxili siyasət14:39
Azərbaycan və Aktobe vilayəti birgə layihələrin həyata keçirilməsini müzakirə edib
Xarici siyasət14:37
Bakıda II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçiriləcək
Biznes14:37
Lord Koaker: İlham Əliyevlə görüşdə müdafiə sahəsində əməkdaşlığın əsas istiqamətlərini müzakirə etdik
Xarici siyasət14:35
Özbəkistanın "Üstyurt" regionunda kəşfiyyat-axtarış layihəsinə başlanılıb
Energetika14:28
"Barselona"nın aparıcı futbolçusu klubdan ayrıla bilər
Futbol14:23