Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilov vəzifəsindən azad edilib.
"Report" xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski müvafiq qərar imzalayıb.
Bildirilib ki, O.Danilovun yerinə Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsində çalışmış Oleksandr Lıtvınenko təyin edilib.