Ukrayna MDB-nin müşahidəçi missiyasının prezident seçkilərində iştirakını rədd edib

Region
  • 10 oktyabr, 2018
  • 10:12
Ukrayna MDB-nin müşahidəçi missiyasının prezident seçkilərində iştirakını rədd edib

Bakı. 10 oktyabr. REPORT.AZ/ Ukrayna hökuməti ölkədə keçiriləcək prezident seçkilərində MDB müşahidəçilərinin iştirakını rədd edib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu Minsk şəhərində MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev jurnalistlərə bildirib.

O deyib ki, Ukraynanın müvafiq qurumlarından seçkilərin müşahidəsində iştirakımızdan imtina etdikləri barədə bizə rəsmi şəkildə bildiriş gəlib: "Ona görə də, çox güman ki, biz (MDB monitorinq missiyası – red.) oraya getməyəcəyik".