Ukrayna Haaqa Beynəlxalq Məhkəməsində Rusiyaya qarşı iddia qaldırıb

Ukrayna Haaqa Beynəlxalq Məhkəməsində Rusiyaya qarşı iddia qaldırıb Ukrayna BMT-nin Haaqa Beynəlxalq Məhkəməsində Rusiyaya qarşı rəsmən iddia qaldırıb.
Region
27 Fevral , 2022 14:56
Ukrayna Haaqa Beynəlxalq Məhkəməsində Rusiyaya qarşı iddia qaldırıb

Ukrayna BMT-nin Haaqa Beynəlxalq Məhkəməsində Rusiyaya qarşı rəsmən iddia qaldırıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski tviter hesabında yazıb.

"Biz Rusiyanın təcavüzə haqq qazandırmaq üçün soyqırımı anlayışını təhrif etdiyinə görə məsuliyyətə cəlb olunmasını tələb edirik. Məhkəmədən xahiş edirik ki, dərhal Rusiyaya hərbi əməliyyatları dayandırmağa məcbur etsin. Həmçinin, məsələ ilə gələn həftə dinləmə çağırılması arzuolunandır", - Zelenski bildirib.

Son xəbərlər

Orphus sistemi