Ukrayna Braziliyadan 450 ədəd “Guarani” zirehli transportyoru almaq istəyir

Ukrayna Braziliyadan 450 ədəd “Guarani” zirehli transportyoru almaq istəyir Ukrayna humanitar ehtiyaclar məqsədilə Braziliyaya 450 ədəd “Guarani” zirehli transportyorunun alınması üçün sorğu göndərib.
Region
10 May , 2023 15:46
Ukrayna Braziliyadan 450 ədəd “Guarani” zirehli transportyoru almaq istəyir

Ukrayna humanitar ehtiyaclar məqsədilə Braziliyaya 450 ədəd “Guarani” zirehli transportyorunun alınması üçün sorğu göndərib.

“Report” xəbər verir ki, bu barədə Braziliyanın “Tecnologia & Defesa” jurnalı yazıb.

Qeyd olunub ki, sorğu Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti üçün tibbi versiyada 450-yə qədər “Guarani” alınması üçün müraciəti ehtiva edir.

Məlumata görə, satınalma ilə bağlı müraciət aprelin 27-də Ukrayna səfirliyindəki hərbi attaşe vasitəsilə Braziliya Müdafiə Nazirliyinə təqdim edilib. Zirehli maşınların narıncı və sarı rəngə boyanmalı olduğu və mülki əhalinin təxliyəsi və yaralıların döyüş bölgələrindən xəstəxanalara çatdırılması üçün nəzərdə tutulacağı vurğulanıb. Jurnalda yazılana görə, satınalma haqqı Braziliya və Ukraynanın müttəfiqləri tərəfindən ödənilməli, həmçinin onlardan döyüş tapşırıqları üçün deyil, yalnız humanitar məqsədlər üçün istifadə ediləcəyinə dair zəmanət də verilməlidir.

Son xəbərlər

Orphus sistemi