UEFA Prezidenti Gürcüstanın Baş nazirini Avropa çempionatına dəvət edib

UEFA Prezidenti Gürcüstanın Baş nazirini Avropa çempionatına dəvət edib UEFA Prezidenti Aleksander Çeferin Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni Almaniyada keçiriləcək futbol üzrə “Avropa-2024” oyunlarına dəvət edib.
Region
1 Aprel , 2024 15:41
UEFA Prezidenti Gürcüstanın Baş nazirini Avropa çempionatına dəvət edib

UEFA Prezidenti Aleksander Çeferin Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının oyunlarına dəvət edib.

“Report” “Sputnik Georgia”ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məktubda bildirilib: “Sizi UEFA adından 2024-cü il Avropa çempionatında UEFA-nın VIP proqramı çərçivəsində iştirak etməyə dəvət etmək fürsətinə malik olmaqdan çox məmnunam”.

Qeyd edək ki, futbol üzrə Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində keçiriləcək. Gürcüstan F qrupunda Potruqaliya, Çexiya və Türkiyə ilə qarşılaşacaq. Gürcüstan millisinin ilk oyunu iyunun 18-də Dortmundda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi