Əli Baqeri Kani: İran əleyhinə sanksiyaların ləğvi ilə bağlı danışıqlar hələ də davam edir

Əli Baqeri Kani: İran əleyhinə sanksiyaların ləğvi ilə bağlı danışıqlar hələ də davam edir İran Prezidenti İbrahim Rəisinin ölümündən sonra sanksiyaların ləğvi ilə bağlı danışıqların dayanmayıb.
Region
30 may 2024 00:31
Əli Baqeri Kani: İran əleyhinə sanksiyaların ləğvi ilə bağlı danışıqlar hələ də davam edir

İran Prezidenti İbrahim Rəisinin ölümündən sonra sanksiyaların ləğvi ilə bağlı danışıqların dayanmayıb.

“Report” IRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri vəzifəsini icra edə Əli Baqeri Kani söyləyib.

“İsmarış mübadiləsi dayanmayıb və bu günə qədər də davam edir”, – diplomat vurğulayıb. Eyni zamanda o qeyd edib ki, “[İranda] nüvə fəaliyyətləri Ali Milli Təhlükəsizlik Şurasının nəzarəti altında davam edir”.

Baqeru Kani həmçinin Fələstin-İsrail münaqişəsini müzakirə etmək üçün bir sıra Yaxın Şərq ölkələrinə səfərlər edəcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi