Türkmənistanda növbədənkənar prezident seçkiləri başa çatıb.
"Report" ölkənin Mərkəzi Seçki Komisiyasına (MSK) istinadən xəbər verir ki, yerli vaxtla saat 19:00-da seçki məntəqələri bağlanıb.
MSK-nın məlumatına görə, seçicilərin 97,12 faizi səsvermədə iştirak edib.
Xatırladaq ki, Türkmənistan prezidenti 7 il müddətinə seçilir. Yeni prezidentinin andiçmə mərasimi martın 19-da keçiriləcək.
Prezident vəzifəsinə 9 nəfər - üçü siyasi partiyalardan, altısı isə vətəndaşların təşəbbüs qruplarından namizədliyini irəli sürülüb.
Bu gün Türkmənistanda keçirilən erkən prezident seçkisində seçicilərin böyük əksəriyyəti səs verib.
“Report” ölkənin Mərkəzi Seçki Komisiyasına istinadən xəbər verir ki, yerli vaxtla saat 15:00-a olan məlumata əsasən, seçicilərin 86,34 faizi, yəni 2,9 milyondan çoxu səs verib.
Balkan vilayətində seçicilərin 89,71, Ahal vilayətində 87,22, paytaxt Aşqabadda 86,76, Mərv vilayətində 86,7, Ləbab vilayətində 85,39, Daşoğuz vilayətində isə 85,15 faizi səsvermədə iştirak edib
Səsvermə yerli vaxtla saat 19-da başa çatacaq.
Xatırladaq ki, seçkilərdə ölkədə rəsmi qeydiyyatdan keçmiş üç partiyanı təmsil edən 9 namizəd iştirak edir. Seçkilərdə iştirak etmiş seçicilərin yarısından çoxu tərəfindən dəstəklənən namizəd seçkilərin qalibi sayılır. Yeni dövlət başçısının andiçmə mərasimi martın 19-da keçiriləcək.