Türkiyənin və Rusiyanın baş nazirləri "Türk axını" qaz kəmərinin tikintisi məsələsini müzakirə ediblər

Türkiyənin və Rusiyanın baş nazirləri "Türk axını" qaz kəmərinin tikintisi məsələsini müzakirə ediblər Tərəflər həmçinin ticari-iqtisadi əməkdaşlıq məsələləri barədə müzakirə aparıblar
Region
27 Sentyabr , 2016 16:04
Türkiyənin və Rusiyanın baş nazirləri Türk axını qaz kəmərinin tikintisi məsələsini müzakirə ediblər

Bakı. 27 sentyabr. REPORT.AZ/ Rusiyanın Baş naziri Dmitri Medvedev türkiyəli həmkarı Binəli Yıldırımla "Türk axını" boru kəmərinin və "Akkuyu" AES-in tikintisi məsələsini telefonla müzakirə ediblər.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Dmitri Medvedev və Binəli Yıldırım həmçinin aktial ticari-iqtisadi əməkdaşlıq məsələlərini, energetika sahəsində irihəcmli birgə layihələrin, o cümlədən "Türk axını" boru kəmərinin və "Akkuyu" AES-in tikintisi məsələsi barədə müzakirə aparıblar. Hökumət başçıları eyni zamanda qarşıdan gələn ikitərəfli əlaqələrin qrafikini müzakirə ediblər", - Rusiya hökumətinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Görüş zamanı B.Yıldırım D.Medvedevi Dövlət Dumasına seçkilərin uğurla keçirilməsi və seçkilərdə "Vahid Rusiya" Partiyasının qələbə qazanması münasibətilə təbrik edib. Türkiyənin baş naziri rəhbərlik etdiyi hökumətin Rusiya-Türkiyə münasibətlərinin inkişafında maraqlı olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi