Türkiyənin ​Ailə və Sosial Siyasət Nazirliyinin 393 əməkdaşı vəzifəsindən azad edilib

Region
  • 19 iyul, 2016
  • 14:25
Türkiyənin ​Ailə və Sosial Siyasət Nazirliyinin 393 əməkdaşı vəzifəsindən azad edilib

Bakı. 19 iyul. REPORT.AZ/ Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyinin 393 əməkdaşı vəzifəsindən azad edilib. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, onlar Fətullah terror təşkilatı (FETÖ) ilə əlaqəli olmaqda şübhəli sayılırlar.  

Nazirlikdə "təmizləmə" əməliyyatının davam etdiriləcəyi bildirilib.