Dron hücumuna məruz qalan Türkiyəyə məxsus gəminin şəxsi heyəti Rusiyaya təxliyə olunub - YENİLƏNİB
- 04 avqust, 2026
- 00:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi Qara dənizdə dron hücumuna məruz qalan "NADEZHDA" adlı Ro-Ro gəmisində 13-ü Türkiyə vətəndaşı olmaqla, ümumilikdə 22 heyət üzvünün olduğunu və gəmidəki dənizçilərin Rusiya dəniz qüvvələri tərəfindən təhlükəsiz şəkildə Novorossiysk Limanına təxliyə edildiyini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Gəmiyə ziyan dəydiyi bildirilib:
"Gəmidəki dənizçilərin Rusiyaya məxsus dəniz qüvvələri tərəfindən təhlükəsiz şəkildə Novorossiysk Limanına təxliyə edildiyi məlum olub. İlkin məlumatlara görə, 3 heyət üzvünün vəziyyəti ağırdır. Gəmidə yanğın davam edir və bölgədə dron hücumu riskinin qalması səbəbindən xilasetmə əməliyyatı həyata keçirilə bilmir. Məsələ ilə bağlı proseslər izlənilir".
Türkiyənin Rusiyaya meyvə-tərəvəz daşıyan "Ro-ro" gəmisi dron hücumuna məruz qalıb, 4 heyət üzvü yaralanıb.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, Qara dənizdə gəmiyə hücum yanğına səbəb olub.
"Hücumda üçü türk olmaqla, dörd heyət üzvü yaralanıb", - məlumatda bildirilib və əlavə edilib ki, gəmi Samsundan Rusiyanın Novorossiysk şəhərinə istiqamətlənirdi.
Gəminin kapitanı Yalçın Şahin hücumun Ukrayna tərəfindən edildiyini irəli sürərək, 6-7 drondan istifadə olunduğunu açıqlayıb.
"Bölgədə olan dronlar Rusiya donanmasının yardım üçün gəmiyə yaxınlaşmasını çətinləşdirib", - məlumatda bildirilib.