Türkiyədə silahlı insident zamanı 1 nəfər ölüb, 10 nəfər yaralanıb
Region
- 05 aprel, 2024
- 20:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyədə silahlı insident olub.
Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir. Məlumata görə, Şanlıurfada şəhərlərarası avtovağzalda baş verən silahlı insident nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.
Qeyd edilir ki, şəhərlərarası avtovağzala gələn bir qrup şəxslə bilet satışı ilə məşğul olan şirkətin ofisində naməlum səbəbdən qarşıdurma olub.
Avtovağzaldakı polis əməkdaşı davaya müdaxilə etmək istəyib. Qarşıdurma zamanı polis əməkdaşı da olmaqla ümumilikdə 11 nəfər yaralanıb.
Hadisə yerinə polis əməkdaşları və təcili yardım cəlb edilib. Yaralılar ilkin tibbi yardımdan sonra şəhərin müxtəlif xəstəxanalarına çatdırılıb. Onlardan biri xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
02:23
Yeni Orleanda tankerlə kruiz gəmisi toqquşub, 20-yə qədər şəxs xəsarət alıb
Digər ölkələr
02:17
SEPAH: Hörmüz boğazında iki neft tankerində partlayış baş verib
Region
01:55
ABŞ-də bütün uçuşlar dayandırılıb
Digər ölkələr
01:48
UEFA Millətlər Liqası: Niderland yığması Yunanıstanı 7 cavabsız topla məğlub edib
Futbol
01:38
UEFA Millətlər Liqası: Azərbaycan millisi qrupdakı sonuncu oyununda Lixtenşteyni məğlub edib - Yenilənib-4
Futbol
01:22
Məkkə sazişi Türkiyədə təsdiqlənib
Region
00:59
Qətər və Türkiyə regional münaqişələrdə birgə vasitəçiliyi razılaşdırıb – Yenilənib
Region
00:47
Foto
Leyla Əliyeva COP31-də beynəlxalq təşkilatların nümayəndələri və ekspertlərlə görüşlər keçirib
Xarici siyasət
00:28
Fon der Lyayen: Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək
Digər ölkələr