Türkiyədə PKK, FETÖ, İŞİD-ə qarşı mübarizə məqsədilə milli səfərbərlik elan edilib

Türkiyədə PKK, FETÖ, İŞİD-ə qarşı mübarizə məqsədilə milli səfərbərlik elan edilib Ərdoğan: "Onların hədəfi Türkiyəni bölgədəki başqa dövlətlər kimi yox etməkdir"
Region
14 Dekabr , 2016 15:07
Türkiyədə PKK, FETÖ, İŞİD-ə qarşı mübarizə məqsədilə milli səfərbərlik elan edilib

Bakı. 14 dekabr. REPORT.AZ/ ”PKK, FETÖ, İŞİD-ə və bütün terror qruplaşmalarına qarşı mübarizə aparmaq üçün milli səfərbərlik elan edirəm”.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan icra hakimiyyəti başçılarının toplantısında bildirib.

“Bu qruplaşmalarla bağlı bir şey görsəniz, bununla bağlı o dəqiqə təhlükəsizlik qüvvələrinə məlumat verin. Terror qruplaşmalarının məsələsi bir davanı müdafiə məsələsi deyil. Onların hədəfi Türkiyəni bölgədəki başqa dövlətlər kimi yox etməkdir”.

Onun sözlərinə görə, 2015-ci il iyulun 20-dən indiyədək terrorçu PKK-ya qarşı mübarizədə 1 178 vətəndaşımız şəhid olub, 9 500 terrorçu zərərsizləşdirilib: "Bu günədək 40 mindən çox separatçı-terrorçu saxlanılıb, 10 500-ə yaxın terrorçu-separatçı isə tutulub". 

Son xəbərlər

Orphus sistemi