Türkiyədə deputat avtomobil qəzasına uğrayıb, vəziyyəti ağırdır

Region
  • 13 aprel, 2023
  • 23:12
Türkiyədə deputat avtomobil qəzasına uğrayıb, vəziyyəti ağırdır

Türkiyənin Xalqların Demokratik Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup rəhbəri deputat Meral Danış Beştaş Ərzurumda avtomobil qəzasına uğrayıb.

“Report” DHA-ya istinadən xəbər verir ki, türkiyəli siyasətçinin vəziyyəti ağırdır.

Bakı vaxtı ilə 22:00 radələrində buzlu yol səbəbindən avtomobilin sürüşərək kənara çıxması nəticəsində deputatla yanaşı adı məlum olmayan partiya üzvü və sürücü yaralanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti