Türkiyədə avtobus aşıb, 6 nəfər ölüb, 33 yaralı var - YENİLƏNİB

Türkiyədə avtobus aşıb, 6 nəfər ölüb, 33 yaralı var - YENİLƏNİB Türkiyənin Kastamonu şəhərində ağır yol qəzası olub.
Region
26 Yanvar , 2024 09:35
Türkiyədə avtobus aşıb, 6 nəfər ölüb, 33 yaralı var - YENİLƏNİB

Türkiyənin Kastamonu şəhərində baş vermiş avtobus qəzası nəticəsində ölənlərin sayı 6-ya çatıb.

“Report” xəbər verir ki, bu barədə şəhərin valisi Meftun Dallı məlumat verib.

O qeyd edib ki, hadisə nəticəsində 33 nəfər yaralanıb.

Məlumata görə, yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Onlardan 3-nün durumunun ağır olduğu bildirilib.

09:14

Türkiyənin Kastamonu şəhərində ağır yol qəzası olub.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Taşköprü rayonunda avtobusun tarlaya aşması nəticəsində 4 nəfər ölüb, çoxlu sayda yaralı var.

Hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.

Əraziyə xilasedicilər və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Son xəbərlər

Orphus sistemi