Türkiyədə ağır yol qəzasında avtomobil iki yerə bölünüb, ölən və yaralananlar var

Türkiyədə ağır yol qəzasında avtomobil iki yerə bölünüb, ölən və yaralananlar var Türkiyənin Eskişehir şəhərinin Odunpazarı rayonunda sürücünün idarəetməni itirərək avtomobili tramvay yolunun kontakt şəbəkəsinin dirəyinə çırpması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Region
17 Dekabr , 2023 19:04
Türkiyədə ağır yol qəzasında avtomobil iki yerə bölünüb, ölən və yaralananlar var

Türkiyənin Eskişehir şəhərinin Odunpazarı rayonunda sürücünün idarəetməni itirərək avtomobili tramvay yolunun kontakt şəbəkəsinin dirəyinə çırpması nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

“Report” DHA-ya istinadən xəbər verir ki, zərbənin gücündən nəqliyyat vasitəsi iki yerə bölünüb.

Yaralanan sürücü və sərnişinlər xəstəxanaya yerləşdirilsələr də, birincinin həyatını qurtarmaq mümkün olmayıb. Sərnişinlərdən birinin həyati təhlükəsi qalmaqdadır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi