Türkiyədə 700 dinc insanın qətlində iştirak etməkdə şübhəli bilinən terrorçu tutulub

Türkiyədə 700 dinc insanın qətlində iştirak etməkdə şübhəli bilinən terrorçu tutulub Bakı. 27 aprel. REPORT.AZ/ Türkiyə Milli İstiqbarat Təşkilatı (MİT) İzmir şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində terrorçu İŞİD qruplaşmasının başçısı Əbu Bəkir əl-Bağdadinin sağ əli sayılan K.E.H. ilə yanaşı, daha 2 terrorçu tutulub.
Region
27 Aprel , 2018 11:31
Türkiyədə 700 dinc insanın qətlində iştirak etməkdə şübhəli bilinən terrorçu tutulub

Bakı. 27 aprel. REPORT.AZ/ Türkiyə Milli İstiqbarat Təşkilatı (MİT) İzmir şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində terrorçu İŞİD qruplaşmasının başçısı Əbu Bəkir əl-Bağdadinin sağ əli sayılan K.E.H. ilə yanaşı, daha 2 terrorçu tutulub.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, əməliyyat İzmir əyalət Prokurorluğunun sanksiyası əsasında keçirilib.

Bildirilib ki, K.E.H. Suriyanın Deyrizzor şəhəri və ətrafına nəzarətə edən terrorçulara başçılıq edib. O, ölkənin Şaidat bölgəsində 2017-ci il dekabrın 14-də İŞİD-in qətlə yetirdiyi 700 dinc sakinin qətlində iştirakda şübhəli bilinir. Bu terrorçu həm də İŞİD edam etdiyi insların videolarını paylaşan Səddam Cemalın qohumudur. K.E.H. Əl-Bağdadinin varisi də sayılıb.

Tutulan şübhəlilər Terrora qarşı Mübarizə İdarəsinə təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi