Türkiyədə 209 saat sonra dağıntılar altından ata və qızı sağ çıxarılıb

Türkiyədə 209 saat sonra dağıntılar altından ata və qızı sağ çıxarılıb Türkiyədə 209 saat sonra dağıntılar altından ata və qızı sağ çıxarılıb.
Region
14 Fevral , 2023 22:15
Türkiyədə 209 saat sonra dağıntılar altından ata və qızı sağ çıxarılıb

Türkiyədə 209 saat sonra dağıntılar altından ata və qızı sağ çıxarılıb.

"Report" xəbər verir ki, bu barədə "CNNTürk" məlumat yayıb.

Onlar Antakyada Kocaeli Bələdiyyəsi Xilasetmə Qrupu tərəfindən dağıntılar altından xilas edilib.

İlkin tibbi yardımdan sonra hər ikisi xəstəxanaya aparılıb.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ, həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Son xəbərlər

Orphus sistemi