Türkiyədə 1,2 milyard dollarlıq qızıl mədənləri aşkarlandı

Türkiyədə 1,2 milyard dollarlıq qızıl mədənləri aşkarlandı Türkiyənin şərqində bir milyard dollarlıq qızıl ehtiyatları aşkarlanıb.
Region
210
11 İyun , 2021 07:43
Türkiyədə 1,2 milyard dollarlıq qızıl mədənləri aşkarlandı

Türkiyənin şərqində bir milyard dollarlıq qızıl ehtiyatları aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə yeni şaxtanın açılışında ölkənin sənaye və texnologiya naziri Mustafa Varank bildirib.

Varankın sözlərinə görə, “Koza Altin” qızıl hasilatı şirkəti Ağrı əyalətinin Mollakara kəndində əlvan metalların böyük mədənlərini aşkarlayıb. Yeni şaxtada 1,2 milyard ABŞ dolları qiymətində 20 ton qızıl ehtiyatları və 2,8 milyon dollar qiymətində 3,5 ton gümüş aşkarlanıb.

Son onillik ərzində Türkiyədə qızıl hasilatına qoyulan sərmayələrin həcmi 1/4 dəfə artıb. Ölkə ötən il 18 mədəndən 42 ton qiymətli metal istehsal edib. Bu il həmin rəqəm artıq 45 ton təşkil edib.

Hökumətin proqnozuna görə, yaxın beş illikdə hasilatın illik səviyyəsi 100 ton olacaq.

Son xəbərlər

Orphus sistemi