Türkiyə və İran XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib - YENİLƏNİB

Türkiyə və İran XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib - YENİLƏNİB Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianla görüşüb.
Region
17 Yanvar , 2023 14:35
Türkiyə və İran XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib - YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib. 

“Report” IRNA-ya istinadən xəbər verir ki, diplomatlar həmçinin digər ikitərəfli və regional məsələlər barədə də danışıblar. 

Onların Suriyadakı durum barədə də fikir mübadiləsi apardıqları bildirilib. 

Qeyd edək ki, H.Əmirabdullahian Türkiyədə səfərdədir, onun Rusiyaya nəzərdə tutulan səfəri təxirə salınıb.

14:10

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianla görüşüb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, görüşdə Tehran və Ankara arasında müxtəlif sahələrdə əməkdaşlıq, o cümlədən mühüm regional və beynəlxalq məsələlər müzakirə olunub.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin bir müddət əvvəl Türkiyəyə gözlənilən səfəri ilə bağlı məlumat yayılmışdı. Bu baxımdan səfərdən öncə bu görüşün də böyük əhəmiyyətinin olduğu vurğulanıb.

Son xəbərlər

Orphus sistemi