Türkiyə səfiri: Azərbaycanla əməkdaşlığı genişləndirmək və gücləndirmək üçün çalışırıq

Region
  • 31 mart, 2024
  • 17:07
Türkiyə səfiri: Azərbaycanla əməkdaşlığı genişləndirmək və gücləndirmək üçün çalışırıq

"Qardaş Azərbaycanla imzalanan Şuşa bəyannaməsi çərçivəsində başda təhlükəsizlik olmaqla ticarət, logistika, energetika sahələrində əməkdaşlığı genişləndirmək və gücləndirmək üçün çalışırıq".

"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Bakıda Türkiyə tələbələrinin, şəhid və qazi ailələrinin iştirakı ilə keçirilən iftarda çıxışı zamanı deyib.

C.Bağçı əlavə edib ki, yeni dövrdə strateji əlaqələri inkişaf etdirmək, iqtisadi və ticari əlaqələri gücləndirmək, enerji təhlükəsizliyini təmin etmək, qitələrlə əlaqələri yaxşılaşdırmaq Тürkiyə üçün prioritetdir:

"Xaricdə vətəndaşlarımızın hüquq və mənafelərinin ən səmərəli şəkildə qorunması və onların yaşadıqları ölkələrə uyğunlaşmasının təmin edilməsi həmişə olduğu kimi, bizim əsas prioritetlərimizdir".

Qeyd edək ki, iftar süfrəsi Türkiyə səfiri Cahit Bağçının himayəçiliyində Azərbaycan Türkiyə İşadamları Birliyi (ATİB), Müstəqil Sənayeçi və İşadamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsi, Türkiyə Yüzyılı İş Birliyi və Dayanışma Platformu ilə Trabzon İşadamları Platformu (TİAP) birlikdə Bakıda Türkiyə tələbələrinin, şəhid və qazi ailələrinin iştirakı ilə təşkil edilib.

44 filmi