Türkiyə Qəzzaya humanitar yardım göndərib - YENİLƏNİB

Region
  • 13 oktyabr, 2023
  • 11:11
Türkiyə Qəzzaya humanitar yardım göndərib - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişinə əsasən, Qəzza bölgəsinə humanitar yardım aparan təyyarə Misirə çatıb.

“Report” xəbər verir ki, bu barədə Türk Qızıl Aypara Cəmiyyətinin (Kızılay) “X” hesabında paylaşım edilib.

Bildirilib ki, humanitar yardım Misir üzərindən Qəzzaya göndəriləcək.

11:59

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişinə əsasən, Türkiyədən Qəzzaya humanitar yardım yola salınıb.

“Report” Türkiyə KİV-nə istinadən xəbər verir ki, humanitar yardım Misir üzərindən Qəzzaya göndəriləcək.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Nəcməddin Quluzadə