Bakı. 30 dekabr. REPORT.AZ/ "Rəsmi Vaşinqton Rusiyanın xüsusi xidmət orqanlarına və özəl fiziki şəxslərinə qarşı yeni sanksiyalar tətbiq etməklə Moskva və Ankaranı Suriya məsələsinin nizamlanmasındakı uğurlu addımlara görə cəzalandırmaq istəyir."
"Report" "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri İlnur Çevik bildirib.
"Amerikalılar, əlbəttə ki, arxa plana keçirilmələri və Suriyadakı vəziyyətdən uzaqlaşdırılmalarına görə məyus olublar. Buna görə də Rusiyanın ABŞ-a qarşıl kiberhücum eetdiyini alibi kimi ortaya atıb 35 rusiyalı diplomatın ölkəni tərk etməsini istəyiblər. Bu addım yalnız prezidentlər Vladimir Putinlə Donald Tramp arasında yaxşı əlaqələri pozamağa yox, həm də Suriyadakı uğurlu addımlara görə Rusiya və Türkiyəni cəzalandırmaq məqsədilə atılıb" - İ.Çevik vurğulayıb.