İraqın şimalında Türkiyənin daha bir əsgəri şəhid olub.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İraqın şimalında keçirilən Pəncə 1-2 əməliyyat bölgəsində iyulun 26-da yaralanan əsgər Cüneyt Taşyürekin həyatını xilas etmək mümkün olmayıb.
O, yaralandıqdan dərhal sonra xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq C.Taşyürek dünyasını dəyişib.
Türkiyə ordusunun 2 əsgəri Suriyada həlak olub.
Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, hadisə "Fərat Qalxanı" antiterror əməliyyatı zonasında baş verib. PKK/YPG terror təşkilatının hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 2 hərbçisi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilsələr də, onların həyatını xilas etmək mümkün olmayıb. Milli Müdafiə Nazirliyi hadisə ilə bağlı Türkiyə xalqına bağsağlığı verib.