Türkiyə lideri: "Ukraynada müharibənin dayandırılması üçün təşəbbüslərimizi davam etdiririk"

Türkiyə lideri: "Ukraynada müharibənin dayandırılması üçün təşəbbüslərimizi davam etdiririk" “Ukraynadakı müharibənin başa çatması üçün təşəbbüsləri davam etdirik”.
Region
28 İyun , 2022 12:44
Türkiyə lideri: Ukraynada müharibənin dayandırılması üçün təşəbbüslərimizi davam etdiririk
Rəcəb Tayyib Ərdoğan

“Ukraynada müharibənin dayandırılması üçün təşəbbüslərimizi davam etdiririk”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinə yola düşməzdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib.

“İndiyədək bu istiqamətki ən önəmli hadisə İstanbuldakı görüş olub. Türkiyə NATO missiyasına töhfə verən əsas ölkələrdən biridir. Odur ki, Türkiyə öhdəsinə düşəni yerinə yetirir”, - o bildirib.

Türkiyə lideri, həmçinin bildirib ki, Ukrayna limanlarından taxılın tədarükü ilə bağlı məsələlərin müzakirə olunacağı dördtərəfli sammitin tarixi bəlli deyil: “Təqvimlər hadisələrə uyğun müəyyənləşir. Bəzi hadisələr suyun üstündə, bəziləri isə suyun altındadır. Türkiyə “yol xəritəsini” bu hadisələrə uyğun olaraq müəyyənləşdirəcək”.

Son xəbərlər

Orphus sistemi