Türkiyə İraqda PKK-ya qarşı əməliyyat keçirəcək

Türkiyə İraqda PKK-ya qarşı əməliyyat keçirəcək Türkiyə ordusu Bağdad hökumətinin və İraq Kürdüstanı administrasiyasının dəstəyi olmadan İraqın şimalında terror təşkilatı olan PKK-ya (Kürdüstan Fəhlə Partiyası) qarşı sərhədyanı əməliyyat keçirəcək.
Region
1 May , 2024 09:59
Türkiyə İraqda PKK-ya qarşı əməliyyat keçirəcək

Türkiyə ordusu Bağdad hökumətinin və İraq Kürdüstanı administrasiyasının dəstəyi olmadan İraqın şimalında terror təşkilatı olan PKK-ya (Kürdüstan Fəhlə Partiyası) qarşı sərhədyanı əməliyyat keçirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, hazırlıqlar tam sürətlə gedir və istənilən vaxt əməliyyat başlaya bilər. Məqsəd 30-40 kilometr enində təhlükəsizlik zonası yaratmaq və 378 kilometr uzunluğunda iki ölkənin bütün sərhəd xətti boyunca nəzarəti təmin etməkdir.

Nəşrin məlumatına görə, Türkiyə hərbçilərinin müvəqqəti bazaları gücləndirilir, yeniləri yaradılır. Bəzi əməliyyat planlarına yenidən baxılıb, xüsusən də Bağdad və Ərbillə hərəkətlərin əlaqələndirilməsi məsələləri hazırlanır.

Xatırladaq ki, Türkiyə hakimiyyəti PKK-nı milli təhlükəsizliyə əsas təhdid hesab edir. Türkiyə ordusu dəfələrlə İraqın şimalında sərhədyanı əməliyyatlar həyata keçirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl yay aylarına qədər İraqla sərhəddə təhlükəsizlik zonasının yaradılmasını başa çatdırmağı planlaşdırdığını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi