Türkiyə Dini İşlər İdarəsində vəzifəsindən kənarlaşdırılan əməkdaşların sayı 1 112 nəfərə çatıb

Türkiyə Dini İşlər İdarəsində vəzifəsindən kənarlaşdırılan əməkdaşların sayı 1 112 nəfərə çatıb Dövlət çevrilişi cəhdindən sonra qurumun daha 620 əməkdaşı işindən uzaqlaşdırılıb
Region
26 İyul , 2016 13:37
Türkiyə Dini İşlər İdarəsində vəzifəsindən kənarlaşdırılan əməkdaşların sayı 1 112 nəfərə çatıb

Bakı. 26 iyul. REPORT.AZ/ Türkiyə Nazirlər Kabineti yanında Dini İşlər İdarəsinin (Diyanet İşleri Başkanlığı) dövlət çevrilişi cəhdindən sonra daha 620 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bununla da bu qurumda işindən uzaqlaşdırılan personal sayı 1 112 nəfərə çatıb. 

Məlumatda Dini İşlər İdarəsində yaradılan komissiyanın əməkdaşlarının Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqəsinin olub-olmadığı istiqamətində araşdırmalarını davam etdirdiyi bildirilib. 

Qeyd edək ki, bundan əvvəl qurumun 492 əməkdaşı vəzifəsindən uzaqlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi