Türkiyə Azərbaycan-Türkmənistan Anlaşma Memorandumunu alqışladı

Türkiyə Azərbaycan-Türkmənistan Anlaşma Memorandumunu alqışladı “Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasını məmnuniyyətlə qarşılayırıq”. “Report”un məlumatına görə, bu,
Region
22 Yanvar , 2021 00:41
Türkiyə Azərbaycan-Türkmənistan Anlaşma Memorandumunu alqışladı

“Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasını məmnuniyyətlə qarşılayırıq”.
“Report”un məlumatına görə, bu, Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumuna dair açıqlamasında yer alıb.
Nazirlik anlaşmanın iki ölkənin dostluğunu gücləndirməsini, dost və qardaş Azərbaycan və Türkmənistan xalqlarına xeyirli olmasını və bölgənin rifahı və sabitliyinə güc gətirməsini arzulayıb.

“Anlaşmanın Türkiyə ilə Avropanın qalan hissələrinin enerji təhlükəsizliyini artıracaq layihələrin də önünü açmasını arzulayırıq”, - deyə Türkiyə XİN-də bildirilib.

Son xəbərlər

Orphus sistemi