Türkiyə Avropa İttifaqını ədalətsiz münasibətdə günahlandırıb

Türkiyə Avropa İttifaqını ədalətsiz münasibətdə günahlandırıb Bakı. 27 iyun. REPORT.AZ/ Türkiyə Avropa İttifaqını (Aİ) ölkəyə qarşı ədalətsiz münasibətdə günahlandırıb.
Region
27 İyun , 2018 15:28
Türkiyə Avropa İttifaqını ədalətsiz münasibətdə günahlandırıb
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ Türkiyə Avropa İttifaqını (Aİ) ölkəyə qarşı ədalətsiz münasibətdə günahlandırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Aİ növbətə dəfə Türkiyəyə qarşı ədalətsiz və haqsız münasibət nümayiş etdirdi. Ölkəmizin Aİ-dən uzaqlaşması ilə bağlı bəyanat həqiqəti əks etdirmir", - XİN-in yaydığı bəyanatda bildirilir.

Xatırladaq ki, Aİ Şurası iyunun 26-da Türkiyənin Aİ-dən uzaqlaşdığının və Ankaranın İttifaqa daxil olması ilə bağlı danışıqların praktiki olaraq dalana dirəndiyinin qeyd edildiyi yekun bəyanat yayıb.

Son xəbərlər

Orphus sistemi