“Tiflisdən Payneyə” filminin Tbilisidə təqdimatı keçirilib - FOTO

“Tiflisdən Payneyə” filminin Tbilisidə təqdimatı keçirilib - FOTO Gürcüstanın paytaxtı Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində “Tiflisdən Payneyə” sənədli filminin təqdimat mərasimi keçirilib.
Region
25 Oktyabr , 2019 16:03
“Tiflisdən Payneyə” filminin Tbilisidə təqdimatı keçirilib - FOTO

Gürcüstanın paytaxtı Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində “Tiflisdən Payneyə” sənədli filminin təqdimat mərasimi keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, ekran əsəri Azərbaycanın görkəmli şairi Mirzə Şəfi Vazehin 225 və alman şairi Fridrix fon Bodenştedtin 200 illik yubileyinə həsr olunub.

M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Lеyla Əliyeva bildirib ki, film hər iki şairin həyatı, yaradıcılığı və onlar arasında dostluq münasibətlərindən bəhs edir.

Sənədli filmin ideya müəllifi Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev ekran əsərinin yaranma tarixi barədə danışıb. O, filmin çəkilişlərinin ARB Aran Yaradıcılıq Mərkəzi ilə birgə Bakı, Gəncə, Tbilisi və Payne şəhərlərində aparıldığını deyib.

Mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Gürcüstandakı səfirliyinin, Gürcüstanda Almanların Assosiasiyasının nümayəndələri, ziyalılar və məktəblilər iştirak ediblər.

Qeyd edək ki, “Tiflisdən Payneyə” filminin bu ilin iyulunda Bakıda Diasporla İş üzrə Dövlət Komitəsində təqdimatı keçirilib. 

Son xəbərlər

Orphus sistemi