Terrorçu PKK-nın İran-Türkiyə sərhədində hücumu nəticəsində 4 nəfər yaralanıb

Region
  • 05 dekabr, 2017
  • 08:46
Terrorçu PKK-nın İran-Türkiyə sərhədində hücumu nəticəsində 4 nəfər yaralanıb

Bakı. 5 dekabr. REPORT.AZ/ İran-Türkiyə sərhədinin İran hissəsində terrorçu PKK qruplaşmasının 7 nəfərə silahlı hücumu nəticəsində 4 nəfər yaralanıb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, hadisə Türkiyənin İğdır bölgəsinin Gökay sərhəd taboruna yaxın Küçük Ağrı dağı mövqeyinin qarşı tərəfindən İran tərəfdə su ilə bağlı iş görən 3 mühəndis, 4 hərbçiyə hücum olub.

Hücum nəticəsində 2 hərbçi, 2 mühəndis yaralanıb. Yaralılar Türkiyəyə aparılıb və onlara ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, terrorçuların hücum etdikləri İran ərazisi Qərbi Azərbaycan əyalətinin Maku rayonuna aiddir.