Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq Ermənistanın Xarici İşlər Nazirliyi Güney Azərbaycanın Təbriz şəhərində Baş konsulluq açacaq.
Region
25 Aprel , 2024 11:54
Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Ermənistan hökuməti İranın Təbriz şəhərində Baş konsulluq açmaq haqqında qərar qəbul edib.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin aprelin 25-də keçirilən iclasında qəbul olunub.

Bildirilib ki, konsulluğun xərclərinin smetası da təsdiqlənib. Məlumata görə, iclasda baş konsulun aylıq əməkhaqqının 2 565 dollar, yaxud Ermənistanın Tehrandakı səfirinin maaşının 5/6 nisbətində olması təsdiqlənib.

Qeyd olunur ki, 2022-ci il oktyabrın 21-də İranın Ermənistanın Qafan şəhərində Baş konsulluğu açılıb. 2023-cü ilin dekabrında İran XİN-in rəhbəri Hüseyn Əmir Abdullahian Tehranda ermənistanlı həmkarı ilə keçirdiyi mətbuat konfransında 2024-cü ilin əvvəlində Təbrizdə Ermənistanın Baş konsulluğunun açılacağını bəyan etmişdi.

Son xəbərlər

Orphus sistemi