Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında keçirilən etiraz aksiyası başa çatıb.
"Report"un yerli bürosu xəbər verir ki, təşkilatçılar aksiyanın bu gün saat 19:00-da bərpa olunacağını bildiriblər.
Etirazçılar daxili işlər naziri Giorgi Qaxaria istefa verənə qədər aksiyaları davam etdirəcəklərini elan ediblər.