Tbilisidə “Azərbaycan-Gürcüstan Alyansı” Forumu keçirilib

Tbilisidə “Azərbaycan-Gürcüstan Alyansı” Forumu keçirilib Bu gün Gürcüstanın paytaxtı Tbilisidə “Azərbaycan-Gürcüstan Alyansı” Forumu keçirilib.
Region
22 Oktyabr , 2024 15:47
Tbilisidə “Azərbaycan-Gürcüstan Alyansı” Forumu keçirilib

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə “Azərbaycan-Gürcüstan Alyansı” Forumu keçirilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, forumda Azərbaycan və Gürcüstanın akademik dairələrinin, beynəlxalq münasibətlərin təhlili və araşdırma mərkəzlərinin rəhbərləri, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Beynəlxalq Təhlil Mərkəzinin məsləhətçisi Nəsibə Mirzəyeva forumun gündəliyi və məqsədi barədə məlumat verdikdən sonra Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov çıxış edib.

Onun sözlərinə görə, tarixən qonşu və dost ölkələr olan Azərbaycan və Gürcüstan təkcə Cənubi Qafqaz regionu üçün deyil, dünya üçün mühüm geosiyasi əhəmiyyətə malikdirlər:

"Son iki ildə regionda vəziyyət demək olar ki, tam dəyişib. Azərbaycan torpaqlarını işğaldan azad etməklə ərazi bütövlüyünü bərpa edib. Bundan sonra regionda yeni siyasət formalaşıb. Azərbaycan kommunikasiyaların açılması, region dövlətlərinin heç birinin təzyiqlərə məruz qalmaması və biri-birinə qarşı ərazi iddialarının olmaması, sülh və təhlükəsizliyin tam bərqərar olması ilə bağlı çox mühüm addımlar atıb. Lakin Ermənistanın ədalətsiz mövqeyi yenə də işləri çətinə salır. Ona görə də bu cür tədbirlər daha intensiv olmalı, biz vəziyyətin normallaşması üçün yollar axtarmalıyıq. Xarici qüvvələrin bu regionda fəallaşması tarazlığı poza bilər. Azərbaycan-Gürcüstan münasibətlərinin yeni çağırışlara necə sinə gərməsi və bu çağırışlara birgə cavabın formalaşdırılması ilə bağlı yeni layihələr hazırlamalıyıq”.

Sonra forum panel müzakirələrlə davam edib.

“Xalqın gücü” partiyasının üzvü, analitik David Kartvelişvili, Qafqaz Universitetinin kafedra müdiri professor Mamuka Areşidze, müstəqil ekspert Fuad Çıraqov, siyasi elmlər namizədi Soso Mancavidze, politoloq Tamar Kiknadze çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüblər.

Son xəbərlər

Orphus sistemi