Tbilisi ən yaxşı Avropa şəhəri adı uğrunda yarışacaq

Tbilisi ən yaxşı Avropa şəhəri adı uğrunda yarışacaq Gürcüstanın paytaxtı Tbilisi ən yaxşı Avropa şəhəri adı uğrunda “Best Destination” yarışında iştirak edəcək.
Region
3 İyul , 2019 12:34
Tbilisi ən yaxşı Avropa şəhəri adı uğrunda yarışacaq

Gürcüstanın paytaxtı Tbilisi ən yaxşı Avropa şəhəri adı uğrunda “Best Destination” yarışında iştirak edəcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze şəhər hökumətinin iclasında bildirib.

Onun sözlərinə görə, Tbilisinin vacib yarışda iştirak etməsi çox maraqlı olacaq.

Mer deyib ki, 2020-ci ildə Tbilisinin ən yaxşı Avropa şəhəri adını qazanması üçün şansı var.

Müsabiqə üçün gürcü fotoqrafların Tbilisi ilə bağlı 30 yüksək keyfiyyətli fotoları tələb olunur. Bu məqsədlə fotoqraflar arasında müsabiqə elan olunacaq. Fotoşəkillər Tbilisi meriyasının rəsmi saytında xüsusi səhifədə yerləşdiriləcək.

Ən yaxşı fotoşəkilləri xüsusi münsiflər heyəti seçəcək. 

Son xəbərlər

Orphus sistemi